Biz kukilərdən istifadə edirik və bu, problem deyil.
Gestaltda olduğu kimi, burada da əlaqə əsasdır. Veb saytımızın düzgün işləməsini, sizi xatırlamasını və hər ziyarətlə təkmilləşdirilməsini təmin etmək üçün kukilərdən istifadə edirik.
Biz kukilərdən istifadə edirik və bu, problem deyil.
Seçimləriniz sizin məsuliyyətinizdədir
Burada sizin haqqınızda nə bilə biləcəyimizə siz qərar verirsiniz. İstənilən vaxt — mühakimə və təzyiq olmadan — kukiləri aktivləşdirin və ya deaktiv edin.
Görüş üçün məkan yaratmaq...
Bakıda geştalt-terapiya mərkəzi
Geştalt-terapiya üzrə baza təhsili (I və II pillə)
Proqram Avropa psixoterapevt təşkilatları tərəfindən müəyyən edilmiş meyarlara uyğundur, EAGT tərəfindən təsdiq olunub
Psixoterapiya və təlim strukturuna həsr olunan giriş xarakterli beş modul
II pillə
Şəxsi təcrübədən peşəkar yanaşmaya
408 təlim saatı ərzində geştalt-terapiyanın əsas anlayışlarını təcrübə əsasında öyrənəcəyik
proqramın strukturu
Geştalt-terapiyada Self nəzəriyyəsi və “Sahə nəzəriyyəsinin” mühüm tərəfinə həsr olunan 17 modul
I pillə
II pillə
İlk təlim modulumuz xüsusi hazırlanmış məşğələlər vasitəsilə dinləmə bacarıqlarının məşq etdirilməsini nəzərdə tutur. Bu prosesdə başqalarına necə təsir etdiyimizi və onların bizə necə təsir etdiyini, eləcə də başqa bir insanla qurulan təmasın bizdə hansı izlər qoyduğunu öyrənəcəyik. Aparıcı təlimçi cütlüklər şəklində keçirilən görüşlər əsasında qrupa aidolma hissini yaratmağa kömək edəcək.
Açar anlayışlar
dinləmə
təsir
qrup
təmas
aidiyyət
1 modul
Başqaları ilə tanış olur, onlarla münasibət qurur və tədricən qrup formalaşır
Həssaslıq – özünü hissiyatlı və ya qarşısındakının halı ilə toxunulmuş hiss etməyə imkan verən keyfiyyətdir. Lakin çox vaxt incidilməkdən qorxduğumuz üçün həssaslığımızı göstərməkdən çəkinirik. Həssaslığı zəifliklə səhv salırıq. Başqaları ilə vizual və sakit kontakt zamanı bədən və duyğularla işləyərkən mən özümü və başqalarını kəşf edirəm. Bu modulda diqqətli dinləmə və fərqinə varma prosesi üzərində işləyəcəyik. Qrupu yaratmağa davam edəcəyik.
Açar anlayışlar
həssaslıq
bədən
kəşf
fərqinə
varma
2 modul
Həssaslığın ifadəsi və qəbul edilməsi
Bu modulda biz müxtəlif materiallar (gil, boya, kollaj və s.) və ifadə vasitələri ilə (səs, mimika, teatr və s.) işləyəcəyik. Onların vasitəsilə kreativliyimizi, daxili maneələrimizi yenidən kəşf edəcək və onları yaradıcı məşğələlərin vasitəsilə araşdıracağıq. Yaradıcılıq vasitəsilə özünüifadənin terapevtik effektini öz təcrübəmizdə duyacaq, terapiyada iş üçün faydalı olan terapevtik alətlərdən istifadə etməyi öyrənəcəyik.
Açar anlayışlar
bədii vasitəçilər
oyun
yaradıcılıq
yenilik
3 modul
Kreativliklə iş
Bu modulda müəyyən sosial dəyərlərin qarşılıqlı münasibətlərimizə təsiri araşdıralacaq. Təlim müddətində “Karpman üçbucağı” və tranzakt analizin bəzi elementləri üzərində həm praktiki, həm də nəzəri iş aparılacaq. “Qurban-xilaskar-təqibedən” dinamikası və bu rolların terapiyada istifadəsi nəzərdən keçiriləcək.
Açar anlayışlar
iqtidar oyunları
rollar
potensial
4 modul
Münasibətlərin sosial amillləri
Bilirik ki, böyüdüyümüz mühit birbaşa olaraq şəxsiyyətimizə təsir edir. Həyatımızın ilk illəri özümüzü dərk etməyimizdə, dünyaya baxışımızın formalaşmasında həlledici rol oynayır. Bu modulda nəzəri və praktik olaraq, valideyn ailəmizi tədqiq edəcək, bu sistemdə aldığımız hansı dərslərin psixoterapevt peşəsi üçün uyğun, hansılarının isə uyğun olmadığını müəyyənləşdirəcəyik. Biz genoqram və digər alətlərlə işləyərək sistemli yanaşma prinsiplərinə söykənəcək və onlardan tədqiqat və özünüdərk vasitəsi kimi istifadə edəcəyik. Bu modul özünü şəxsiyyət və terapevt kimi daha dərindən anlamağa yönəlib.
Açar anlayışlar
ailə
mənşə
sistemli yanaşma
genoqram
ailə rolları
5 modul
Valideyn ailəsi və terapevt olmaq arzusu
“Fərqinə varmaq” geştalt-terapiyanın əsas anlayışıdır. Bu, bizdə baş verənlərin fərqinə varmaqdır; başqaları ilə qurduğumuz münasibətlər sayəsində həyatdakı mövqeyimizi yeni perspektivdən görmək və hiss etməkdir. Fərqinə varmaq sayəsində baş vermiş, ya baş verəni yeni baxış bucağından görürük və nəsə dəyişməyə başlayır. Bu modulda onu öz təcrübəmizə inteqrasiya etmək üçün “fərqinə varmaq” anlayışı ilə tanış olacağıq.
Açar anlayışlar
fərqinə varmaq
şüur
inteqrasiya
orqanizm-ətraf mühitin sahəsi
6 modul
Fərqinə varma və digər əsas nəzəri konsepsiyalar
Self nəzəriyyəsinə giriş modulunda onun struktur ölçülərini, yəni funksiyalarını nəzərdən keçirəcəyik: Personality funksiyası, Id funksiyası və Ego funksiyası. “Sahə nəzəriyyəsi”nə uyğun olaraq, Self-ə fərdlə eyniləşən varlıq kimi deyil, özünə orqanizm, onun mühiti və onlar arasında dinamik münasibətləri əks etdirən sahə funksiyası kimi yanaşacağıq. Öz təcrübəmiz və refleksiya əsasında geştalt-terapiya nəzəriyyəsinin əsas konsepsiyaları ilə işləyəcəyik.
Açar anlayışlar
orqanizmik özünütənzim
dominantlıq
yaradıcı uyğunlaşma
orqanizm/mühit sahəsi anlayışı
7 modul
Self nəzəriyyəsi: Self funksiyaları
Self mövzusuna həsr olunmuş ikinci modul həm konseptual baxışımızın, həm də psixoterapevtik praktikamızın əsasını təşkil edən bu nəzəriyyəyə dair anlayışımızı daha da dərinləşdirir. Biz Self-i intensivliyini dəyişən və zamanda cərəyan edən proses kimi nəzərdən keçirəcəyik. Söhbət dörd fazadan ibarət kontakt prosesindən gedəcək (kontaktdan əvvəlki, kontakt, yekun kontakt və kontaktdan sonrakı faza). Həmçinin bu konsepsiyaların klinik praktikada tətbiqini görəcəyik.
Açar anlayışlar
təmas
yaradıcı adaptasiya
“fiqur-fon” prosesi
emosiyalar
assimilyasiya prosesi
8 modul
Self nəzəriyyəsi: kontakt prosesi
Demək olar ki, kliyentlərlə iş zamanı (və gündəlik həyatda) “İd” ən çox nəzərdən qaçan funksiyadır. Onun fərqinə varmaq və ona yol tapmaq çətinliklə başa gəlir. Buna baxmayaraq, İd bizim emosional sferamız, impulslarımızla sıx əlaqədədir. İd (“situasiyanın İd”i) – bizi kontakta təhrik edən hərəkətverici qüvvədir. Biz eyni zamanda mürəkkəb və sadə olan bu reallıqla həm praktik, həm də nəzəri cəhətdən işləyəcək, onun gündəlik, peşə və şəxsi həyatda nə dərəcədə vacib olduğunu görəcəyik.
Açar anlayışlar
bədən
emosiya
“situasiyanın İd”i
təmas
arzu
hərəkətverici qüvvə
9 modul
İd funksiyası
Bu modul Self-in funksiyalarından biri – Personality funksiyasına həsr olunub. Ona qısaca “Selfin verbal surəti” də demək olar. Söhbət konkret situasiyada özümüz haqqında təsəvvürlərimizdən gedir. İdentikliyimiz və özünüqiymətləndirməmizin əsasında duran bu funksiyanın bəzi patologiyaları başa düşməkdə (habelə onların terapiyasında) necə kömək etdiyi, sahədə tənzimləyici funksiyanı necə daşıdığını öyrənəcəyik.
Açar anlayışlar
ritorik ustanovkalar
loyallıq
əxlaq
introyekt
reaktiv törəmə
10 modul
Personality funksiyası
Ego funksiyasını Personality və İd funksiyalarını uzlaşdıran interfeys funksiyası kimi anlamaq olar. Bu modulda qərar vermək, seçmək, götürmək və imtina etmək qabiliyyətimizlə işləyəcəyik. Eyni zamanda “eqo funksiyasının itirilməsi” (fərqli adlandırmalarda kontaktın pozulması mexanizmləri, müqavimət, nevrotik mexanizmlər) hallarını nəzərədən keçirəcəyik. Həmçinin Eqo funksiyasının möhkəmləndirilməsi və aktuallaşdırılmasına yönələn geştalt-terapevtik mövqe və müdaxilələri öyrənəcəyik.
Açar anlayışlar
identifikasiya və özgələşmə
çuğlaşma (konflüensiya)
introyeksiya
proyeksiya
retrofleksiya
eqotizm
11 modul
Ego funksiyası
Geştalt-terapiyanın digər yanaşmalardan fərqli cəhəti qruplarla işdə təbiiliyi və effektivliyidir. Bu modulda psixoloji və antropoloji baxımdan insanların yaratdığı müxtəlif qrupları nəzərdən keçirəcəyik (ailə, sinif, banda, sekta, komanda, kütlə və s.). Geştalt terapevtlərin işlədikləri qrupların fərqinə vararaq və ekoloji olaraq müşayiət etmələri üçün inkişaf etdirilməsi zəruri olan yanaşmaları tədqiq edəcəyik.
Açar anlayışlar:
qrup dinamikası
aidlik
individuallıq
liderlik üslubları
qrup terapiyası
12 modul
Qrup
Bu modulda indiyədək öyrəndiyimiz bütün konsepsiyaları təkrar nəzərdən keçirəcəyik. Yaranan sualları aydınlaşdıracaq və kliyentlərlə işimizi geştaltların formalaşması və dağılması prosesi, başqa sözlə, kliyentlərlə kontaktda fiqur və fonun rəqsi kimi nəzərdən keçirəcəyik. İndiyədək əldə etdiyimiz terapevtik alətləri təcrübədə istifadə edəcək və təlimçinin terapevtik təcrübəsinin nümayişini canlı müşahidə edəcəyik.
Açar anlayışlar:
kontakt pilləsi
Self nəzəriyyəsi
fiqur/fon
fərqinəvarma
orqanizm/mühit sahəsi
13 modul
Geştaltların formalaşması və dağılması prosesi
Self paradiqması və sahə nəzəriyyəsi prizmasından yuxularla terapevtik iş necə həyata keçirilir? Yuxuların klinik cəhətdən araşdırılmasına həsr olunan bu modulda geştalt-terapiyanın görkəmli müəlliflərinin təklif etdiyi üslubları öyrənib yaşayacağıq. Biz yuxularla proyeksiya kimi (F. Perlzın klassik yanaşmasına uyğun), retrofleksiya kimi (İ. Fromm üslubunda), həmçinin sahə nəzəriyyəsi və fenomenoloji yanaşmanın mövqeyindən terapevtik görüşün “burada və indi”sini nəzərə alaraq (J.-M.Robinə uyğun) işləyəcəyik.
Açar anlayışlar:
şüursuzluq
proyeksiya
retrofleksiya
fenomenologiya
14 modul
Yuxularla iş
Bu modul proqramın ilkin mərhələsində keçilmiş yaradıcılıq mövzusunun davamı və daha dərindən təhlilidir. İştirakçılar müştərilərlə iş zamanı müxtəlif bədii vasitələrdən, habelə digər texniki və praktiki imkanlardan istifadə yolları ilə tanış ola biləcəklər. Modul, geştalt-terapevtin peşəkar fəaliyyətində tətbiq etməsi üçün onun şəxsi yaradıcılıq potensialının inkişaf etdirilməsinə yönəlmişdir.
Açar anlayışlar:
incəsənət
kreativlik
yenilik
oyun
tədqiq
eksperiment
15 modul
Didaktik kreativlik
Bu modulda iştirakçılar superviziya nəzarəti ilə bir neçə terapevtik sessiya həyata keçirərək, terapevt rolunda işləmək imkanı əldə edəcəklər. Məqsəd təcrübə vasitəsilə sahə nəzəriyyəsini peşəkar psixoterapevt fəaliyyətinə getdikcə daha çox tətbiq etməkdir.
Açar anlayışlar:
fasiləsiz təcrübə
superviziya
eksperiment
16 modul
Superviziya nəzarəti ilə terapevtik iş
İkinci pillənin yekun modulunda hər bir iştirakçı həmkarları və müəllimlərə öz seçiminə əsasən nəzəri konsepsiyanı (metodoloji və ya təcrübi aspektdə) təqdim etməlidir. Bunun üçün iştirakçı hazırladığı esseyə/hesabata istinad edəcəkdir. Bu hesabat ikinci pillənin yekun işidir və orada, əldə olunmuş nəzəri, texniki, praktik və empirik biliklər öz əksini tapmalıdır.
Açar anlayışlar:
yekun məruzə
prezentasiya
öyrənmə
təcrübə mübadiləsi
17 modul
Nəzəri konsepsiyanın prezentasiyası
Proqramın I və II pilləsinin iştirakçısı olmaq üçün
1980-ci ildən psixoloq və psixoterapevt, 2007-ci ildən klinik psixoloq
Fransa Geştalt-terapiya İnstitutunun (IFGT) didaktiki (1998) və supervayzeri (2000)
İspan Geştalt-terapiya Assosiasiyasının (AETG) həqiqi üzvü (1997), supervayzeri (2026) və didaktiki (2016)
Avropa Psixoloji Assosiasiyalar Federasiyasının (EFPA) psixoterapiya üzrə eksperti
Self nəzəriyyəsini 1989-cu ildə İspaniyada ilk dəfə olaraq təqdim edib
Valensiya Universitetinin psixologiya fakültəsində, Distant Təhsil üzrə Milli Universitetin (UNED), Kataloniyanın Oberta Universiteti (UOC) və Valensiyanın Katolik Universitetinin təcrübə rəhbəri olub.
İspaniya, Fransa, Belçika, Latın Amerikası ölkələri, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Azərbaycanda Self nəzəriyyəsini tədris edib
“Pasiyentin göz yaşlarından terapevtin göz yaşlarına doğru” kitabının müəllifidir
Peşə təcrübəsi
Klinik sahədə:
1982-ci ildən etibarən psixoloq və psixoterapevt işləyir (40 ildən çox təcrübə)
Fərdi və qrup terapiyası üzrə ixtisaslaşıb
Pedaqoji fəaliyyəti:
1989-cu ildə Valensiyada Geştalt-terapiya mərkəzini təsis edərək ona rəhbərlik edib
30 ildən çoxdur ki, beynəlxalq miqyasda Self nəzəriyyəsini tədris edir
İspaniyanın aparıcı universitetlərinin təcrübə rəhbəridir
9 ölkədə tədris proqramlarını həyata keçirib.
Peşəkar birliklərdə iştirak:
Geştalt-terapiya üzrə XI Beynəlxalq konqresin elmi komitəsinin üzvü (Madrid, 2009)
2008-ci ildən 2012-ci ilə qədər AEGT-nin (İspaniya Geştalt Terapiya Assosiasiyasının) İdarə heyətinin üzvü
Fransa Geştalt-Terapiya İnstitutunun (IFGT) didaktiki və supervayzeri
AEGT-nin didaktiki və supervayzeri.
Peşəkar ixtisaslaşma:
1998-ci ildən İFGT-nin Didaktik üzvü
2000-ci ildən İFGT-nin supervayzeri
1997-ci ildən AEGT-nin həqiqi üzvü
2016-cı ildən AEGT-nin supervayzeri
2016-cı ildən AEGT-nin didaktiki
EFPA-nın (Avropa Psixologiya Assosiasiyaları Federasiyasının) psixoterapiya üzrə eksperti.
Peşəkar fəaliyyətinin başlanğıcında sosial tədris üzrə ixtisaslaşmışdı.
2001-ci ildən uşaqlar, böyüklər, cütlüklər və qruplarla işləyərək fərdi praktik fəaliyyətini davam etdirir.
Klinik praktika və sosial iş sahəsində təcrübəyə malikdir. Valensiyanın bələdiyyə xidmətlərində gender zorakılığının qurbanı olan yetkinlik yaşına çatmayan qızlara yardım proqramında psixoloq kimi fəaliyyət göstərib (2012-2018)
Sosial risk qrupuna daxil olan və yetkinlik yaşına çatmayanlarla işləyən müxtəlif QHT-lərlə əməkdaşlıq edib.
Peşə təcrübəsi
Klinik sahədə:
2001-ci ildən şəxsi praktika
Fərdi terapiya (uşaq və böyüklərlə)
Cütlüklərlə terapiya
Qrup terapiyası
Tapiz Psicología (Valensiya psixoloji yardım Mərkəzi, 2011-ci ildən) psixoterapevtik komandasının üzvü.
Pedaqoji fəaliyyəti:
Valensiya Geştalt-terapiya Mərkəzinin müəllimi
Beynəlxalq səviyyədə tədris fəaliyyəti ilə məşğuldur
Geştalt-terapiya sahəsində mütəxəssislərin hazırlanmasında iştirak edir.
Sosial sahədə iş:
Gender zorakılığının qurbanı olan yetkinlik yaşına çatmayan qızlara yardım proqramının psixoloqu (Valensiya bələdiyyəsi, 2012-2018)
Sosial risk qrupuna daxil olan yetkinlik yaşına çatmayanlarla iş aparan QHT-lərlə əməkdaşlıq edir
Aktyorluq və ifadə texnikalarının (klounada) tədrisi
2019-cu ildən AEGT-nin (İspaniya geştalt-terapiya assosiasiyasının) həqiqi üzvü
Peşəkar fəlsəfəsi
Şəxsi və peşəkar kimliyini müəyyənləşdirən gender perspektivini həm iş, həm də peşəkar baxış bucağına inteqrasiya etməyə çalışır. Kliyentlərin müalicəsi və şəxsi inkişafı üçün terapevtik praktikada cismani, emosional və performativ elementləri birləşdirərək terapiya prosesində unikal yaradıcı yanaşma tətbiq edir.
Valensiyada Geştalt-terapiya mərkəzində universitet təcrübəsi
Geştalt yanaşma üzrə tam təlim
Əlilliyi olan insanlarla peşəkar psixoloji iş
İnsan alveri qurbanları ilə psixoloji iş
“Espai Capacita” Terapiya Mərkəzinin (Valensiya) həmtəsisçisi - 2011
“Espai Capacita”da geştalt-terapevt fəaliyyəti
Uşaq və yeniyetmələrlə iş üzrə geştalt yanaşmaya əsaslanan ixtisaslaşmış təlim
Kineziologiya təlimi (davam edir)
Peşə təcrübəsi
Mariya Qranero Dulse 2008-ci ildə Valensiya Universitetinin Psixologiya fakültəsini bitirib. Universitet təcrübəsini Valensiyadakı Geştalt-terapiya Mərkəzində Çimo Tarreqanın rəhbərliyi altında keçib və bundan sonra peşəkar təhsilini bu sahədə davam etdirməyə qərar verib. Geştalt terapiya onun terapevt olmaq istəyinə məna qataraq insanlara dəstək olmağın bir yoluna çevrilib. O peşə yolunda daim öyrənir və bacarıqlarını təkmilləşdirir. Zaman keçdikcə Mariyanın peşəkar maraq dairəsinə kineziologiya təhsili də əlavə olunub və hazırda o, bu sahədə təhsilini davam etdirir.
Peşəkar fəlsəfəsi
Yeniliyə olan maraq və ona açıqlıq özünü peşəkar fəaliyyətdən kənarda da büruzə verir. Son illərdə mənəvi müstəvi, dünya haqqında sualların və insanın mahiyyətinə olan marağın təbii davamı kimi onun həyatında daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Hazırda bu komandada və məktəbdə yeni rolda iştirak etmək onun üçün böyük maraq, bağlılıq və gələcək inkişaf imkanları ilə dolu peşəkar bir çağırışdır.
Lisenziyalı psixoloq (1997) və IFGT proqramı əsasında geştalt-psixoterapevt (2010). Psixologiya fakültəsini bitirdikdən sonra psixologiyanın müxtəlif istiqamətlərini tədqiq etməyə başlayıb.
Psixoanaliz, seksologiya və psixodrama metodlarının öyrənilməsi fəaliyyətinə yön verib. Lakin peşəkar axtarışlarını davam etdirərək geştalt-terapiya və sahə nəzəriyyəsini mənimsəməyə başlayıb.
Geştalt-terapiya vasitəsilə peşəsini icra etmək və şəxsi həyatını dərk etmək yolunu tapıb
Peşə təcrübəsi
Ümumsəhiyyə psixoloqu və Terapiados Valencia (Tibb mərkəzi № 19134) mərkəzində geştalt-psixoterapevt
San Marcelino Məşğulluq Mə rkəzində əqli pozuntulu insanlarlar iş (2003-cü ildən 2013-cü ilə qədər)
Ailə mühitindən məhrum olan uşaqlar üçün yaradılmış “NUEVO FUTURO” Ailə Evləri Assosiasiyasında 6-17 yaşlı uşaq və yeniyetmələrlə iş (1997-1999)
Sosial sahədə fəaliyyət:
«Quina és la diferència»assosiasiyası üçün “Psixi pozuntulu insanlar üçün yay məktəbi”nin koordinasiyası (2002)
ASPRONA assosiasiyasında əqli pozuntulu insanlar üçün yay məktəbləri
Pedaqoji fəaliyyət:“Şəxsiyyət kafedrası”nın Praktikumunun proqram tərtibi və hazırlanmasında iştirak.
Peşəkar ixtisaslaşma:
Psixologiya üzrə Lisenziya, Valensiya Universiteti, 1997-ci il buraxılışı
Geştalt-psixoterapevt, Fransız Geştalt Terapiya Universiteti (İFGT), 2010
CV-06795 qeydiyyat nömrəli ümumsəhiyyə psixoloqu
2021-ci ilin may ayından AEGT-nin həqiqi üzvü (İspan Geştalt-Terapiya Assosiasiyası)
Psixologiya sahəsində Avropa səviyyəli kvalifikasiya (Europsy)
“Şəxsiyyət kafedrası”nda klinik psixoloq və seksologiya kabinetində peşəyəqədərki təcrübə (1997)
Madriddə Kastilya meydanı məhkəmələrinin Məhkəmə-tibbi klinikasının məhkəmə psixologiyası şöbəsində qanunpozanlar və qurbanlara diaqnoz və yardım üzrə peşəyəqədərki təcrübə (1996)
Peşəkar fəlsəfəsi
Psixologiya fakültəsini bitirdikdən sonra dünyagörüşümlə səsləşən psixoterapevtik istiqaməti tapmaq üçün müxtəlif yanaşmaları öyrənməyə başladım. Hər bir insanın unikallığına hörmət edən və şəxsiyyətin fərdiliyini nəzərə alan iş formasını tapmaq prinsipial əhəmiyyət daşıyırdı. İnsanlara olan daimi və dərin professional maraq insanlarla və dünya ilə təmasda olmağın bir növü kimi geştalt-terapiyaya gətirdi. Bu yanaşma yalnız peşəkar seçim deyil, öz həyatımı dərketmə üsuluna çevrildi.
Ümumsəhiyyə psixoloqu və geştalt-psixoterapevt Valensiyada Terapiados mərkəzində işləyərək fərdi və cütlük terapiyasını həyata keçirir.
Peşə təcrübəsinin unikal birliyi: informatika üzrə elmi dərəcə (PhD.), Valensiya Politexnik Universitetinin keçmiş professoru (23 illik pedaqoji faəliyyət), peşəkar musiqiçi (pianoçu və vokalist), beynəlxalq səviyyəli geştalt-terapevt.
Ruella Frank ilə birgə Developmental Somatic Psychotherapy (Bədən vasitəsilə inkişaf psixoterapiyası) proqramının həmtəsisçisidir. AETG-nin supervayzeridir. Avropa Geştalt-terapiya Assosiasiyasının (EAGT) həqiqi üzvüdür, assosiasiyanın vitse-prezientidir. Nyu-York geştalt-terapiya İnstitutunun assosiativ üzvüdür.
Peşə təcrübəsi
Klinik sahədə:
Valensiya, Terapiados Mərkəzinin geştalt-psixoterapevti
Fərdi terapiya
Cütlük terapiyası
Səs və ifadə üzrə ixtisaslaşma
Pedaqoji təcrübə:
Geştalt-terapiyanın beynəlxalq tədrisi
Ruella Frank ilə Bədən vasitəsilə İnkişaf Psixoterapiyası proqramının metodoloqu
Valensiya Geştalt-terapiya Mərkəzinin təlimçilər qrupunun üzvü
Əlavə Karyera:
İnformatika üzrə üzrə fəlsəfə doktoru
Valensiya Politexnik Universitetində professor (23 illik pedaqoji təcrübə)
Peşəkar pianoçu
Musiqi təcrübəsinin terapiyaya inteqrasiyası
Peşəkar ixtisaslaşma:
Psixologiya üzrə lisenziya, 2010
Geştalt-psixoterapevti, 2010
Bədən vasitəsilə İnkişaf Psixoterapiyasının təsisçisi, 2016
Avropa Geştalt-Terapiya Assosiasiyasının (EAGT) həqiqi üzvü
Avropa Geştalt-Terapiya Assosiasiyasının vitse-prezidenti (hazırda)
Nyu-York Geştalt-Terapiya İnstitutunun assosiativ üzvü
İnformatika üzrə fəlsəfə doktoru
Professional musiqi təhsili (fortepiano, vokal)
Peşəkar fəlsəfəsi
David fərqli səriştələrin unikal vəhdətini təmsil edir: elmi təfəkkür, yaradıcı özünüifadə və psixoterapevtik ustalıq (geştalt-terapiya). Səs və ifadə ilə işləmək xüsusi maraq kəsb edir. Elmi, yaradıcı və terapevtik təcrübənin unikal vəhdəti ona işləmək üçün çoxölçülü yanaşma yaratmağa imkan verir, burada məntiq, yaradıcılıq və bədən qarşılıqlı təsir göstərir.
20 ildən çox təcrübəsi olan klinik psixoloq, geştalt-terapevt və təlimçi. Sərhəd şəxsiyyət pozuntusu ilə iş üzrə mütəxəssis.
Psixoanaliz və tranzakt analiz sahələri üzrə təhsil alması ona həm terapevtik praktikasında, həm də tədris fəaliyyətində müxtəlif yanaşmaları uğurla inteqrasiya etməyə imkan verir.
Peşə təcrübəsi
Klinik sahədə:
Klinik psixoloq
Geştalt-terapevt
Sərhədi şəxsiyyət pozuntusu ilə iş üzrə ixtisaslaşma
Pedaqoji fəaliyyət:
Geştalt-terapiya üzrə təlimçi (20 ildən çox)
Valensiyada “Geştalt-terapiya mərkəzinin” dəvət olunmuş təlimçisi
İxtisaslaşmış seminar və master-klasların keçirilməsi
Geştalt- terapevt, IFGT-nin (Fransa Geştalt-Terapiya İnstitutunun) beynəlxalq səviyyəli treneri və supervayzeri. Psixomotorika üzrə mütəxəssis.
2011-2021-ci illərdə IFGT-nin direktoru. Bədən vasitəsilə özünüifadə texnikaları üzrə təlim keçib. Geştalt-terapiyanın uşaqlar və yeniyetmələrlə işdə tətbiqi üzrə mütəxəssis və tədqiqatçı.
Peşə təcrübəsi
Klinik sahədə:
Geştalt-terapevt
Psixomotorika üzrə mütəxəssis
Uşaq və yeniyetmələrlə iş üzrə ixtisaslaşma
Pedaqoji fəaliyyət:
İFGT-nin beynəlxalq səviyyəli təlimçisi
İFGT-nin beynəlxalq səviyyəli supervayzeri
Valensiyada “Geştalt-terapiya mərkəzinin” dəvət olunmuş təlimçisi
Uşaq və yeniyetmələrlə iş üzrə ixtisaslaşmış seminarların keçirilməsi
Təlim proqramı haqqında bilməli olduğunuz hər şey:
Ali təhsili olan hər kəs baza proqramında iştirak edə bilər (psixologiya təhsili vacib deyil).
Bəli, proqramımız Avropa EAGT (Geştalt Terapiya üzrə Avropa Assosiasiyası) standartlarına uyğundur. Sertifikat milli geştalt-terapiya təşkilatları olan ölkələrdə tanınır.
Şəxsi terapiya tövsiyə olunur, lakin baza proqramına (I-II pillə) qəbul üçün tələb deyil. Lakin təlim dövründə (III pillə) şəxsi terapiya peşəkar inkişaf üçün vacib şərtə çevrilir.
Proqramı bitirdikdən sonra, superviziya dəstəyi ilə işləməyə başlamaq üçün lazımi nəzəri əsaslar və praktik bacarıqları qazanacaqsıznı.
Bəli, proqram elə tərtib olunub ki, iştirakçılar onu iş ilə uzlaşdıra bilsinlər. Öyrədici modullar qeyri-iş günləri ilə birlikdə üçgünlük bloklar şəklində, iki aydan bir keçir.
Təlim ispan dilindədir və rus dilinə sinxron tərcümə ilə həyata keçirilir
Təlim əyani formatda keçirilir, belə ki, geştalt-terapiya canlı ünsiyyət və birbaşa qarşılıqlı təsirə əsaslanır.
Bəli, biz aylıq ödəniş sistemini təklif edirik. Müraciət etdikdə detalları öyrənmək mümkündür.
Name, etibarınız üçün təşəkkür edirəm! Tezliklə sizinlə əlaqə saxlayacağıq!